Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən F.Vəliyevanın cinayət işinin bəzi detalları məlum olub.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 14 yanvar 2026-cı il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, 1957-ci il təvəllüdlü F.Vəliyeva birlikdə yaşadığı övladı, zərərçəkmiş S.Kazımova ilə məişət zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs əvvəlcə taxta parçası ilə qızının baş nahiyəsinə zərbə vurub. Bundan sonra qadın evdə olan mətbəx bıçağından istifadə edib. O, həmin bıçaqla S.Kazımovanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən zərbə endirilib. Nəticədə S.Kazımovaya müxtəlif xəsarətlər yetirilib.
Hadisədən sonra F.Vəliyeva saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi .
