Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
KONKTRET.az xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsində baş verib. Şərq yaşayış massivinin yaxınlığında minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Sadıqova Esmira Təmraz qızını vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
