Ötən gün Xəzər rayonunda qaz xəttində qəza baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, nəticədə bir neçə min abonentə qaz verilişində problemlər yaranıb:
“Azəriqaz” İstehsalat Birliyinin” qaz xəttinə çırpılan maşın TIR-dır. Gürcüstan respublikasının vətəndaşına məxsus yük maşınıdır. Dərhal hadisə yerinə əməkdaşlarımız cəlb ediliblər. Həmin yerdə qazın verilişi dayandırılıb. Dərhal ərazidə bərpa işlərinə start verilib. Qaz xəttinə ciddi ziyan dəydiyinə görə bərpa prosesi gecikir. Buna baxmayaraq əməkdaşlarımız işləyirlər”.
Qeyd olunub ki, bir neçə saat ərzində əraziyə qazın verilişi bərpa ediləcək.
