Bakıda toz dumanı müşahidə olunur – YENİLƏNİBbackend

Bakıda toz dumanı müşahidə olunur - YENİLƏNİB

Bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

“Avtomatik stansiyalardan saat 16:00-a daxil olan  məlumata əsasən, Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir”, – məlumatda deyilir.

11:52

Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1,9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*