Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, qəza Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
1955-ci il təvəllüdlü Mustafayeva Tünzalə İdris qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.//APA
