Bakıda yerüstü metro nə zaman istifadəyə veriləcək? – RƏSMİbackend

Bakıda yerüstü metro nə zaman istifadəyə veriləcək? – RƏSMİ

Bakı metropoliteni Xocəsən qəsəbəsində Bənövşəyi xəttin elektrik deposunun inşası çərçivəsində yerüstü stansiyanın tikintisini davam etdirir.

KONKRET.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyanın vestibül, platforma səviyyəsində tikinti plana uyğun aparılır: “Tunelə qədər yol infrastrukturununun qurulması istiqamətində də əhəmiyyətli işlər icra olunmaqdadır. Ümumən gələn ilin sonuna qədər stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Hazırda işlərin axarı qeyd edilən müddətə işlərin yekunlaşdırılması ilə bağlı problemlərin müşahidə olunmayacağını göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*