Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.
KONKRET.AZ “avtosfer.az”a istinadla xəbər verir ki, üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışıb. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurub. Qızlardan biri avtomobilin altında qalıb. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarıb.
Qeyd edək ki, həmin ərazi piyadaların keçməsi üçün nəzərdə tutulmayıb. Lakin tez-tez piyadalar yolu keçir və qəzalar baş verir.
Ərazidə bir neçə yerüstü və yeraltı piyada keçidi olsa da, əhalinin sıx məskunlaşdığını nəzərə alaraq keçidlərin sayını artırmaq daha yaxşı olardı.
Görüntüləri təqdim edirik: