Bakının Heydər Əliyev prospektində zəncirvari qəza olub.
KONKRET.az xəbər verir ki, hadisə zamanı 4 avtomobil bir-birinə çırpılıb.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza nəticəsində ölən olmayıb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
“Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Avtomobillər ərazidən kənarlaşdırılaraq, yolda hərəkət tam bərpa olunub. Faktla bağlı araşdırma aparılır.
