Bakıda zibil qabında yararsız pullar tapıldı- VİDEObackend

Bakıda zibil qabında yararsız pullar tapıldı- VİDEO

Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.

KONKRET.az xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əskinaslar öz əksini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutlarından birində aşkarlanıb.

Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əskinasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.//Baku.ws

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*