“Bakının ağzına bir yumruq vurmalıyıq”.
KONKRET.az xəbər verir ki, bunu İran XİN-nin eksperti, yazıçı Ehsan Müvəhhidiyan öz Tvitter səhifəsində yazıb. O, yük maşınları ilə Rusiyaya yüklərin göndərilməsi probleminin həllində İran hökumətini acizlikdə günahlandırıb.
Müvəhhidiyanın Azərbaycanı təhdid edən paylaşımında deyilir:
“Hazırda orada (Xəzərdə) 50-dən az gəmimiz var, əksəriyyəti köhnəlmiş və yalnız balıq tutmaq üçün yararlıdır, lakin Bakının ağzına bir yumruq vurmalıyıq”.
Bu günə qədər İranın boş-boş təhdidlərinə görə bölgədə təklənməyindən savayı heç nə görmədik, Müvəhhidiyan kimilərinin təhdidi də Bakını qorxudan deyil, həmin yumruq öz ağızlarına dəyə bilər.
Qeyd edək ki, Ehsan Müvəhhidiyan Türk dünyasına nifrət bəsləyənlərdən sayılır.
Xuraman Etibarlı
KONKRET.az

