Bakının mərkəzinə çoxlu sayda polis cəlb olunub – FOTObackend

Bakının mərkəzinə çoxlu sayda polis cəlb olunub - FOTO

Bu gün Milli Şura üzvlərinin Bakının mərkəzində – “28 May” metrostansiyasının qarşısında keçirəcəyi qanunsuz aksiyanın qarşısını almaq məqsədilə əraziyə çoxlu sayda polis əməkdaşları və DİN-in Daxili Qoşunlarının şəxsi heyəti cəlb olunub.
KONKRET.AZ xəbər evrir ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, həmin ərazidə baş verəcək mümkün qanun pozuntularının qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları da hazırda iş başındadırlar.
Qeyd edək ki, Bakı polisi mitinq təşkilatçılarına ciddi xəbərdarlıq edib. Bildirilib ki, paytaxtda keçiriləcək istənilən qanunsuz aksiyanın qarşısını qətiyyətlə alınacaq, ictimai asayişi pozmağa çalışan şəxslər ciddi şəkildə cəzalandırılacaq.
Azvision.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*