Bakının məşhur bazarı BAĞLANIRbackend

Bakının məşhur bazarı BAĞLANIR

Bakıda keçmiş SSRİ zamanından qalan məşhur bazarlarından biri ləğv olunur.

KONKRET.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Montin bazarı”nın sahibi olan “Montin-Bazar” ASC (VÖEN – 1500161721) ləğv olunduğunu açıqlayıb.

Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 8, mənzil 9 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Montin-Bazar” ASC 08.10.1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 194 min 682 manat olan ASC-nin qanuni təmsilçisi Quliyeva Emiliya Əlisa qızıdır.

  • Mirzə
    İyul 9, 2023 - 09:02

    “Məşur” bazar…. beş – altı alverçinin darıxdığı yer olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*