Bakıya qoşun yeridən Mixail Qorbaçov xəstəxanaya yerləşdirildibackend

Bakıya qoşun yeridən Mixail Qorbaçov xəstəxanaya yerləşdirildi

1990-cı il yanvarın 19-dan 20-nə geçən gecə Bakıya sovet qoşunlarını yeridən Sov.İKP MK-nın Baş katibi, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

KONKRET.az  xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İqtisadçı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Ruslan Qrinberq “Zvezda” telekanalına müsahibəsində keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun durumundan danışıb. Bir gün əvvəl Qrinberq siyasətçiyə Mərkəzi Klinik Xəstəxanada baş çəkib.

O bildirib ki, 91 yaşlı Qorbaçov şəkər və dializ xəstəsidir, böyrəklərində problem var.
Rusiya Elmlər Akademiyasının nümayəndəsinin sözlərinə görə, siyasətçi özünü pis hiss edir.

“Onun gücü azdır. Nadir hallarda qalxır. Unutqanlığı var. Mövzunu bilmədən dəyişir”, – iqtisadçı bildirib.

O bildirib ki, SSRİ-nin keçmiş prezidenti üç ilə yaxındır ki, xəstəxanada yaşayır. Qohumları və dostları onu ziyarət edirlər.

“Orada yaxşı şəraiti var və bura çoxdan öyrəşib”, deyə Qrinberq qeyd edib.

Bundan əvvəl Mash Telegram kanalı SSRİ-nin keçmiş prezidentinin böyrəklərində problem olduğunu bildirmişdi:

“Onun vəziyyəti vaxtaşırı pisləşir. Eks-prezidentin dəqiq diaqnozu reklam olunmasa da, bir ilə yaxındır ki, həkimlərin nəzarətindədir”.

Xatırladaq ki, Mixail Qorbaçov 1990-cı il martın 15-dən 1991-ci il dekabrın 25-dək SSRİ-nin ilk və sonuncu prezidenti olub. Bundan əlavə, o, Sov.İKP MK-nın sonuncu Baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olub.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*