Baltik dənizi Rusiya gəmiləri üçün bağlana bilər backend

Baltik dənizi Rusiya gəmiləri üçün bağlana bilər 

“Təhqiqat nəticəsində Moskvanın qaz infrastrukturuna ziyan vurmaqda əli olduğu aşkar olunarsa, Baltik dənizi bütün Rusiya gəmiləri üçün bağlana bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Latviya prezidenti Edqars Rinkeviçs bildirib.

Onun sözlərinə görə, Latviya Estoniya və Finlandiyanın hakimiyyət orqanları ilə “Balticconnector” qaz kəmərinin zədələnməsi ilə bağlı məsləhətləşmələr aparır.

“Rusiya və ya başqa bir ölkənin “Balticconnector” dənizaltı qaz kəmərində sızmaya səbəb olduğu təsdiqlənərsə, Baltik dənizini bütün Rusiya gəmiləri üçün bağlayacağımız məsələsi gündəmə gələcək”, – deyə “RİA Novosti” prezidentdən sitat gətirib.

Qeyd edək ki, oktyabrın 8-də Finlandiya və Estoniya arasında qaz kəməri mümkün sızma səbəbindən bağlanıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*