Bank kreditləri çox yüksəkdir – Əsas səbəblər açıqlandıbackend

Bank kreditləri çox yüksəkdir – Əsas səbəblər açıqlandı

Azərbaycanda bank kreditləri üzrə faiz dərəcələrinin yüksək olması uzun müddətdir vətəndaşların narazılığına səbəb olan əsas məsələlərdən biridir. Kreditlərin bahalı olması əhalinin maliyyə imkanlarını məhdudlaşdırmaqla yanaşı, borc öhdəliklərinin də artmasına gətirib çıxarır. Xüsusilə istehlak kreditləri üzrə yüksək faizlər vətəndaşların aylıq gəlirlərinin əhəmiyyətli hissəsini kredit ödənişlərinə yönəltməsinə səbəb ola bilər.

Bəs banklarda kredit faizlərinin yüksək qalmasının əsas səbəbləri nələrdir? Faizlərin aşağı salınması üçün hansı iqtisadi və hüquqi mexanizmlər tətbiq edilməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən birinin bankların əmanətlər üzrə yüksək faiz ödəməsi olduğunu bildirib.

Əkrəm Həsənov: "Azərbaycanda “uşaqpulu” üçün vəsait demək olar, yoxdur"  Pravda.az

Ekspertin sözlərinə görə, banklar əhalidən yüksək faizlə vəsait cəlb etdikdə həmin vəsaitləri daha aşağı faizlə kredit kimi təqdim edə bilmirlər.

“Kredit faizləri ona görə aşağı düşmür ki, birinci növbədə əmanət faizləri yüksəkdir. Banklar 10-12 faizlə əmanət qəbul edir. Həmin pulu da sonra kredit kimi verirlər. Əmanət faizi də o zaman düşsün. Bu isə vətəndaşların narazılığına səbəb olar. “Niyə faizlər yüksəkdir?” deyə sual yaranar”, – deyə Ə.Həsənov vurğulayıb.

İqtisadçı kredit faizlərinin yüksək olmasının digər mühüm səbəbinin kredit riskləri olduğunu qeyd edib. Onun fikrincə, banklar verdikləri vəsaitin geri qaytarılmaması ehtimalını nəzərə alaraq kredit faizlərini müəyyənləşdirirlər.

“Çünki kredit riski yüksəkdir. Yəni verdiyin pulun qaytarılmamaq ehtimalı var. Qanunsuzluq, özbaşınalıq, hüquqların pozulması halları çoxdur”, – deyə ekspert bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*