Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
KONKRET.az xəbər verir ki, hərracda tələb 62,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1% və ya 0,6 mln. dollar artıb.
Qeyd edək ki, 29 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 62,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.publika.az
