Baş nazir açıqladı: Yaponiyada ərzaq məhsullarına ƏDV kəskin azaldılırbackend

Baş nazir açıqladı: Yaponiyada ərzaq məhsullarına ƏDV kəskin azaldılır

Yaponiyada ilk dəfə ƏDV-nin azaldılması planlaşdırılır. Məlumata görə, hazırkı 8%-lik ƏDV dərəcəsinin ərzaq məhsulları üçün 1%-ə endirilməsi nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo News agentliyi xəbər yayıb.

Baş nazir Sanae Takaiçi bildirib ki, yüksək qiymətlər səbəbindən əhalinin yükünü azaltmaq məqsədilə bu güzəştin 2027-ci ilin aprel ayından etibarən iki il müddətinə tətbiqi planlaşdırılır.

Məqalədə qeyd olunur ki, bu qərar nəticəsində dövlət büdcəsinin vergi gəlirləri iki il ərzində təxminən 10 trilyon yen (təxminən 61 milyard ABŞ dolları) azalacaq.

Xatırladaq ki, Yaponiyada ƏDV 2014-cü ildə 8%-ə qaldırılmış, 2019-cu ildə isə ümumi dərəcə 10%-ə yüksəldilmişdi. Lakin ərzaq və içkilər üçün istisna tətbiq edilərək bu məhsullara 8%-lik ƏDV saxlanılmışdı.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*