Baş nazir postuna ilk namizəd BƏLLİ OLDUbackend

Baş nazir postuna ilk namizəd BƏLLİ OLDU

Sabah Pakistan parlamentində keçiriləcək Baş nazir seçkisində ilk namizədin adı açıqlanıb.

KONKRET.az xəbər verir ki, Pakistanın Baş naziri postuna əsas namizəd Şahbaz Şərifdir.

Ölkənin ana müxalifət lideri olan Şahbaz Şərif Pakistan Müsəlman Liqasının sədridir. O, daha öncə iki dəfə Baş nazir vəzifəsində çalışmış Nəvaz Şərifin qardaşıdır.

Nəvaz Şərif “Panama Papers” işi üzrə rüşvət və korrupsiyada ittiham edildiyi üçün vəzifəsindən azad edilmiş və 2017-ci ildə Ali Məhkəmə tərəfindən dövlət orqanlarında çalışması qadağan olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*