Naməlum şəxslər Sudanın Baş naziri Abdullah Hamduka sui-qəsdə cəhd ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Sudan paytaxtındakı məlumatlı mənbələrə görə, hökumət başçısının avtomobil körpüsünün altına keçməsi zamanı park edilmiş avtomobildə düzəldilmiş partlayıcı qurğu işə düşüb. Son məlumata görə, siyasətçi xəsarət almayıb.
