Slovakiyanın Baş naziri Robert Fitso 27 il davam edən tikintidən sonra istifadəyə verilən “Vişneve” yeraltı tunelində rolik sürüb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində paylaşım edib.
Paylaşılan videoda Fitsonun tunelin sonuna qədər roliklə hərəkət etdiyi görünür. Bununla o, tunelin rəmzi açılışını həyata keçirib.
“Bu gün gülümsəyən hər kəsə qoşuluram, çünki “Vişneve” tuneli slovakların həyatını yaxşılaşdıracaq. Siyasətin əsas missiyası da məhz budur”, – deyə Baş nazir vurğulayıb.
