Baş nazirin parlamentdəki çıxışı səs-küylə qarşılandıbackend

Baş nazirin parlamentdəki çıxışı səs-küylə qarşılandı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin parlamentdəki illik hesabat təqdimatı mübahisə ilə başlayıb. 

KONKRET.az xəbər verir ki, onun Avropa Komissiyasının iyunun 17-də Gürcüstanla bağlı tarixi qərar qəbul etdiyini söyləməsi müxalifəti təmsil edən deputatlar arasında narazılıq yaradıb.

“Vahid Milli Hərəkat” fraksiyasının sədri Xatia Dekanoidze baş nazirin bu sözünə etiraz edərək onun çıxışını yarıda kəsib, ardından isə “VMH”nın digər millət vəkili Ana Citladze də mübahisəyə qoşulub.

A. Citladze baş naziri xain və qul adlandırıb, baş nazir isə öz növbəsində “xain sizin partiyanızdır, siz ölkəni satan partiyasınız” – deyə cavab verib.

Bir neçə dəqiqə davam edən mübahisədə parlamentin sədri Şalva Papuaşvili hər iki millət vəkilini sakit olmağa çağırıb, onların bu addımını reqlamentə zidd adlandırıb və belə davam etsələr mandaturlar vasitəsilə parlamenti tərk etdirəcəyini deyib.

Qeyd edək ki, hazırda Baş nazir çıxışını səs-küy altında davam etdirir.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*