Basketbolçularımızdan ardıcıl üçüncü QƏLƏBƏbackend

Basketbolçularımızdan ardıcıl üçüncü QƏLƏBƏ

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində üçüncü oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, Priştina şəhərində təşkil olunan mərhələdə yığma Kiprlə qarşılaşıb. Görüş millimizin 21:16 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma bu gün keçirdiyi digər görüşlərdə Ermənistana 21:9, Kosovoya isə 14:10 hesabı ilə qalib gəlib.

Komandamız bu gün daha bir matç keçirəcək. Milli Bakı vaxtı ilə saat 23:45-də Albaniya ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*