“Baxmutun azad edilməsi başa çatıb” – Rusiya MNbackend

“Baxmutun azad edilməsi başa çatıb” - Rusiya MN

“Baxmut şəhərinin azad edilməsi başa çatıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Vaqner dəstələrinin hücum hərəkətləri nəticəsində “Cənub” qüvvələr qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə Baxmut şəhərinin azad edilməsi başa çatdı”, – deyə Rusiya MN bildirib.

Qeyd edək ki, “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyanın Ukraynanın Baxmut şəhərini tam nəzarətə götürdüyünü vurğulayıb.

Lakin Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini təsdiq edən məlumatı təkzib edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*