Bayden ikinci müddətə namizəd olmaq planlarını AÇIQLADIbackend

Bayden ikinci müddətə namizəd olmaq planlarını AÇIQLADI

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə ikinci müddətə namizəd olacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Ağ Ev hələlik bu məlumatı şərh etməyib.

Telekanalın məlumatına görə, Baydenin tərəfdarları dəfələrlə prezidentin ikinci müddətə namizəd olmaq planlarından danışıblar.

Qeyd edək ki, sentyabrın ortalarında “CBS” telekanalına müsahibəsində o, seçkilərdə iştirak etmək niyyətində olduğunu, lakin hələ də qəti qərar vermədiyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*