Bayden Makronu 28 il əvvəl ölmüş şəxslə səhv saldı – Ağ Ev açıqlama vermək zorunda qaldıbackend

Bayden Makronu 28 il əvvəl ölmüş şəxslə səhv saldı – Ağ Ev açıqlama vermək zorunda qaldı

Havaya salam verməsi, öz-özünə danışması və nitqlərində tez-tez adları və məkanları səhv salması ilə gündəm olan ABŞ prezidenti Co Bayden növbəti dəfə ətrafındakıların gülümsəməsinə səbəb olub.

KONKRET.az xəbər verir ki, o, bu dəfə Emmanuel Makronu Fransanın 28 il əvvəl dünyasını dəyişmiş keçmiş prezidenti Fransua Mitteranla səhv salıb.

Las-Veqasdakı seçki kampaniyası çərçivəsindəki çıxışı zamanı Bayden Makronla xatirəsini danışarkən 1996-ci ildə dünyasını dəyişmiş Mitterandı xatırlayıb.

“Almaniyadan, üzr istəyirəm Fransadan olan Mitterand mənə baxıb dedi: “Nə vaxtdır buradasan?”

Ağ Ev də Baydenin dil sürüşməsi, boşluqla əl sıxması və yıxılması ilə gündəmə gələn kobud səhvini “Makron” olaraq düzəldərək dərc edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*