“Bayer” məğlubiyyətsiz oyunlar seriyasını 51-ə çatdırdıbackend

"Bayer" məğlubiyyətsiz oyunlar seriyasını 51-ə çatdırdı

“Bayer” bu mövsüm Almaniya Bundesliqasında sonuncu oyununa – 34-cü tur matçına çıxıb.

KONKRET.az xəbər verir ki, artıq turnirdə çempionluğu rəsmiləşdirən Leverkuzen təmsilçisi “Auqsburq”la qarşılaşıb. “Bayer” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Hesabı 12-ci dəqiqədə “Bayer”dən Viktor Bonifase açıb. 27-ci dəqiqədə Robert Andrix fərqi artırıb. 62-ci dəqiqədə isə “Auqsburq”dan Mert Kömür fərqlənib.

Bu qələbə sayəsində “Bayer” məğlubiyyətsiz oyunlar seriyasını 51-ə çatdırıb (bütün turnirlərdə).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*