“Bayer” tarixində ikinci dəfə Almaniya Kubokunu qazandıbackend

“Bayer” tarixində ikinci dəfə Almaniya Kubokunu qazandı

Almaniya kubokunun finalında “Bayer” “Kayzerslautern”la qarşılaşıb.

KONKRET.az xəbər verir ki, görüş Berlindəki Olimpiya Stadionunda baş tutub.

Oyunda yeganə qolu matçın 16-cı dəqiqəsində Qranit Caka vurub.

Bununla da “Bayer” tarixində ikinci dəfə Almaniya Kubokunu qazanıb.

2023/24 mövsümündə “Bayer” bütün turnirlərdə yalnız bir məğlubiyyət alıb.

Komanda ardıcıl 51 matç məğlub olmayıb.

“Bayer”in məğlubiyyətsizlik seriyasına Avropa Liqasının finalında İtaliyanın “Atalanta” klubuna 0:3 hesabı ilə məğlub olmaqla son qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*