Bayram günü yol-nəqliyyat hadisələrində 2 nəfər öldübackend

Bayram günü yol-nəqliyyat hadisələrində 2 nəfər öldü

Azərbaycanda bayram günü 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Eyni zamanda narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib, həmçinin cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*