BƏƏ geri çəkildi: “Problem istəmirik” – Diqqətçəkən Türkiyə açıqlamasıbackend

BƏƏ geri çəkildi: “Problem istəmirik” - Diqqətçəkən Türkiyə açıqlaması

Əvvəllər Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə açıqlama verən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici işlər naziri Ənvər Qarqaşdan təəccüblü açıqlama gəlib.

KONKRET.az xəbər verir ki, ölkənin baş diplomatı BƏƏ-nin Yaxın Şərqdə Türkiyənin bir nömrəli ticarət tərəfdaşı olduğunu deyib.

“BƏƏ Türkiyənin Yaxın Şərqdə bir nömrəli ticarət tərəfdaşıdır. Türkiyə ilə problem yaşamağımızdan məmnun deyilik”, – Qarqaş bildirib.

Nazir qeyd edib ki, BƏƏ-nin Türkiyə ilə əsas problemi ikincinin ərəb ölkələri hesabına bölgədə nüfuzunu artırmaq istəyidir.

Ənvər Qarqaş ölkəsinin Türkiyə ilə normal münasibətləri davam etdirmək niyyətində olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*