BƏƏ Türkiyədən sifariş etdiyi zirehli texnikanın sayını 220-dən 400-ə qaldırdıbackend

BƏƏ Türkiyədən sifariş etdiyi zirehli texnikanın sayını 220-dən 400-ə qaldırdı

BƏƏ Ərdoğanın dünənki səfərindən sonra Türkiyədən sifariş etdiyi zirehli texnikanın sayını 220-dən 400-ə qaldırıb.

KONKRET.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə dünən başlayan rəsmi səfərinin ilk günündə ölkələr arasında 13 əməkdaşlıq müqaviləsi imzalanıb.

Rəcəb Tayyib Ərdoğanın səfəri Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə baş tutur.

Prezident Rəcəb Tayyib Ərdoğan və Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında keçirilən danışıqların yekunu olaraq, Abu Dabidəki Qəsr əl-Vətən sarayında hörmətli qonağın rəsmi qarşılanma mərasimindən sonra 13 sənəd imzalanıb.

Sazişlər ticarət, müdafiə, nəqliyyat və investisiya sahələrində, o cümlədən səhiyyə, aqrar və informasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.

Digərləri arasında rabitə və media sahəsində əməkdaşlığa dair Protokol, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlığa başlamaq niyyəti haqqında məktub imzalanıb.

Birləşmiş Ərəb Əmirlikləri Türkiyədən sifariş etdiyi zirehli texnikanın sayını 220-dən 400-ə çatdırdığı da bildirilir.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*