Erməni sosial şəbəkələrində Bəhram Bağıradənin paylaşımı böyük rezonans doğurub.
KONKRET.az xəbər verir ki, onun İrəvan haqqında paylaşdığı status sosial şəbəkələrin erməni seqmentində nifrətlə qarşılanıb.
Həmin paylaşımlardan birində deyilir:
“KVN-şik Bəhram dinc yaşamaq üçün bəzi torpaqları “qaytarmaq” istəyən ermənilərə salam göndərir. Yaxşı, İrəvanı qaytarmağa etiraz etmirsiniz ki?
P.S. Bəhram bir az daha çox kitab oxusa yaxşı olar, amma təkcə Azərbaycan kitablarını deyil.
Çünki çox şey öyrənə bilər”.
Qeyd edək ki, Bəhram Bağırzadə özünün facebook səhifəsində İrəvanı getmək istədiyini, orada tarixi abidələrimizi ziyarət etmək arzusunda olduğunu bildirib.

Rəsmiyyə Şərifova,
KONKRET.az
