Belarusda məktəbliləri müharibəyə HAZIRLAYIRLAR?backend

Belarusda məktəbliləri müharibəyə HAZIRLAYIRLAR?

Belarusda 10-cu sinif şagirdləri üçün PUA-ların idarə olunması üzrə 10 saatlıq kurs tətbiq edilib. Qızlar üçün tibbi hazırlıq proqramı isə genişləndirilib və ona taktiki tibbi yardım elementləri əlavə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Belarus hakimiyyəti yenilikləri uşaqlara “real şəraitdə” lazım ola biləcək bacarıqların qazandırılması ilə izah edir.

Dərslər Minskdə yerləşən Daxili Qoşunların 5448 saylı hərbi hissəsinin briqadasının iştirakı ilə keçirilir. Bu təcrübənin gələcəkdə Belarusun bütün məktəblərinə yayılması planlaşdırılır.

Bundan əlavə, 10-cu sinif şagirdləri üçün artıq 10 günlük hərbi-səhra təlimləri də təşkil olunur. Uşaq bağçaları və məktəblərdə isə hərbi-vətənpərvərlik qrupları və klubları yaradılır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*