Bəqai: Qafqaz İran üçün vacib regiondurbackend

Bəqai: Qafqaz İran üçün vacib regiondur

Qafqaz regionu İran üçün vacibdir və oradakı sülh İran üçün sülh deməkdir.

KONKRET.az xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.

O, İran müdafiə naziri Əziz Nəsirzdənin Bakıya səfərinin və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin əhəmiyyətini vurğulayıb.

“Bu səfər vacib idi və İranın qonşu ölkələrlə bütün səviyyələrdə etimad və əməkdaşlığı gücləndirmək əzmini nümayiş etdirir. Qafqaz regionu İran üçün vacibdir və oradakı sülh bizim üçün sülh deməkdir”, – deyə Baqai qeyd edib.

Onun sözlərinə görə, müdafiə nazirinin səfəri zamanı ikitərəfli müdafiə və təhlükəsizlik əməkdaşlığı müzakirə olunub.

“İnanırıq ki, bu səfər təhlükəsizlik sahəsində iki ölkə arasında etimadı yaxşılaşdıracaq və gücləndirəcək”, – deyə o qeyd edib.

(yeni sabah)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*