Bərdə İcra Hakimiyyətinin işçisi bayrağımızı büküb yerə atdı – VİDEObackend

Bərdə İcra Hakimiyyətinin işçisi bayrağımızı büküb yerə atdı - VİDEO

Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, videodakı həmin şəxsin Bərdə İcra Hakimiyyətinin nümayəndəsi Zöhrab Zöhrabbəyov olduğu bildirilir.

Belə ki, icra nümayəndəsi rayonun Heydər Əliyev prospektindəki “Avropa” qapıları mağazası önündə asılmış Azərbaycan bayrağını qoparıb masanın üzərinə atıb.

Məlumata görə, Zöhrabın anası Bərdə Veteranlar Cəmiyyətinin sədri, atası isə I Qarabağ Müharibəsi şəhididir.

Qeyd edək ki, yayılan görüntülər polis tərəfindən araşdırılır.

Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.

A.Qiyaslı bildirib ki, qeyd edilən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*