Bərdədə bayrağımıza qarşı hörmətsizlik edən şəxsi bu qədər cəza gözləyir – AÇIQLAMAbackend

Bərdədə bayrağımıza qarşı hörmətsizlik edən şəxsi bu qədər cəza gözləyir - AÇIQLAMA

Bərdədə bayrağaımıza qarşı hörmətsizliyin edilməsi dövlət atributlarına qarşı bu cür davranışa görə hansı cəza mexanizmlərinin nəzərdə tutulması məsələsini yenidən gündəmə gətirib. Bu cür halların təkrarlanmasını qanunda nəzərdə tutulan cəza müxanizmlərinin yüngül olması ilə əlaqələndirənlər olsa da, bir çoxları dövlət atributlarına qarşı hörmətsizliyə yol verən şəxslərin vətənpərvərlik hisslərinin zəif olmasına diqqət çəkirlər. Bəs görəsən Azərbaycan qanunvericiliyində bayrağa və digər dövlət atributlarına qarşı təhqirə yol verildikdə hansı cəza mexanizmləri nəzərdə tutulub?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, Dövlət bayrağının təhqir edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən  cinayət əməli sayılır: “Normaya əsasən Dövlət Bayrağına və Gerbinə qarşı təhqiredici hərəkətlərin edilməsi 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ilədək azadlıqdan mərhumetmə ilə cəzalandırılır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*