Berdıməhəmmədov müalicə üçün Almaniyaya getdibackend

Berdıməhəmmədov müalicə üçün Almaniyaya getdi

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov müalicə almaq üçün Almaniyaya səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “turkmen.news” portalı yayıb.

Bildirilir ki, iyunun 21-i Berdıməhəmmədov hökumət təyyarəsi ilə paytaxt Aşqabaddan Münhen şəhərinə gedib. O, şəhərə çatdıqda dərhal yerli klinikaların birinə yollanıb.

Bununla belə, Türkmənistan Prezidentinin tibb müəssisəsinə hansı səbəbdən müraciət etməsi açıqlanmayıb.

Onun iyunun 23-ü ölkəsinə qayıdacağı güman edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*