Berdiməhəmmədovdan nəvəsinə maraqlı TOY HƏDİYYƏSİbackend

Berdiməhəmmədovdan nəvəsinə maraqlı TOY HƏDİYYƏSİ

Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədov nəvəsi Kərimqulunun toyunun şərəfinə mahnı yazıb.

KONKRET.az xəbər verir ki, mahnının mətnini “TDH” dövlət informasiya agentliyi və hökumətin “Neytral Türkmənistan” qəzeti dərc edib.

Məlumata görə, kompozisiyanı artıq Türkmənistanın Əməkdar artisti Dövlət Amanlıkov ifa edib.

Bildirilib ki, “Gəncləri təbrik edirəm” adlı mahnıda Kerimqulu Berdiməhəmmədova birbaşa ithaf yoxdur, onun adı ümumiyyətlə çəkilmir.

Qeyd edək ki, 21 yaşlı Kerimqulunun toyu rəsmən açıqlanmayıb.

Məlumata görə, gənclərə bağ evi və “BMW M4” markalı avtomobil hədiyyə edilib.

Qeyd edək ki, Berdiməhəmmədovlar ailəsinin şəxsi həyatı haqqında çox az şey məlumdur. 2022-ci ilin martından Prezident olan Serdar Berdiməhəmmədov Qurbanqulunun yeganə oğludur. Kerimqulu 2002-ci ildə Berdiməhəmmədovlar ailəsində dünyaya göz açıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*