Berluskoni Türkiyəni İTTİHAM etdi: “Niyə Rusiyaya qarşı sanksiyalara qoşulmur?”backend

Berluskoni Türkiyəni İTTİHAM etdi: “Niyə Rusiyaya qarşı sanksiyalara qoşulmur?”

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bəzi Avropa liderlərinin onun Rusiyanı “Qərbin düşərgəsinə” cəlb etmək cəhdlərini boykot etməsindən təəssüfləndiyini bildirib. Onun fikrincə, bu, baş versəydi, Avropada vəziyyət başqa cür olardı. Berluskoni hesab edir ki, Ukrayna münaqişəsi təkcə Rusiyanın Qərbdən deyil, həm də Qərbin özünün dünyadan təcrid olunmasına gətirib çıxarıb.

KONKRET.az xəbər verir ki, bu fikirlər Berluskoninin “Giornale” nəşri üçün yazdığı məqalədə yer alıb.

“Ukrayna böhranı gələcək üçün həyəcanverici əlamətdir”, deyə o, qeyd edib.

Keçmiş baş nazir izah edib ki, Qərbin Rusiyanın Ukraynadakı “hərbi əməliyyatına” cavabı yekdil olub: “Bununla belə, Qərb ABŞ, Avropa və Sakit okean regionunun bəzi ölkələrini nəzərdə tutur, digər dövlətləri yox. Nümunə kimi o, Ukraynaya silah tədarük etməsinə baxmayaraq, sanksiyalara qoşulmayan Türkiyəni göstərib”.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*