“Beşiktaş” “Qarabağ”ın oyunçusunu almaq istəyir – 4 milyon avroluq təklifbackend

"Beşiktaş" "Qarabağ"ın oyunçusunu almaq istəyir - 4 milyon avroluq təklif

Yeni baş məşqçi təyinatı gerçəkləşdirən “Beşiktaş” ilk transferini “Qarabağ”dan edə bilər.

KONKRET.az “Offsideplus.az”a istinadən xəbər verir ki, “qara-ağlar” Leandro Andrade üçün hərəkətə keçib. Klub portuqaliya əsilli yarımmüdafiəçinin meneceri ilə görüşlərdə irəliləyiş əldə edib, bundan əlavə Ağdam təmsilçisi ilə də danışıqlara başlayıb.

Bildirilir ki, Türkiyə klubu Andradenin 4 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, 2023-24 mövsümündə 11 qola imza atan Leandro Andradenin “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*