Beyin fəaliyyətini yaxşılaşdıran QİDALARbackend

Beyin fəaliyyətini yaxşılaşdıran QİDALAR

Diyetoloq Yelena Sviridova beyin funksiyasını yaxşılaşdıran məhsullardan danışıb.

KONKRET.az xəbər verir ki, o, “Lenta.ru”ya müsahibəsində beyin funksiyası üçün faydalı olacaq məhsulları sadalayıb.

Yaşıl çay

Diyetoloqun fikrincə, çayda qəhvədən daha çox kofein var. Bundan əlavə, bu içki tanninlə zəngindir. Bu elementlərin hər ikisi əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

Meyvəli kəsmik

Yelena Sviridovanın sözlərinə görə, kəsmikdə qan dövranını və beyin funksiyasını yaxşılaşdırmağa kömək edən faydalı B12 vitamini var. O əlavə edib ki, meyvəli kəsmik doyumlu səhər yeməyidir.

Qaragilə

Diyetoloq bildirib ki, qaragilə qan dövranını və yaddaşı yaxşılaşdırır, həmçinin hərəkətlərin koordinasiyasını tənzimləyir. Qaragiləni bütün il boyu supermarketlərdə dondurulmuş halda tapmaq mümkündür.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*