Beynəlxalq Bankın qadın əməkdaşı mühafizəçi tərəfindən qətlə yetirilibbackend

Beynəlxalq Bankın qadın əməkdaşı mühafizəçi tərəfindən qətlə yetirilib

Göygöl rayonunda qətl hadisəsi olub.

Konkret.az “Report”-a istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində Günay adlı 30-35 yaşlı qadın yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Meyit ekspertizaya aparılıb

Mərhumun Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi bildirilir. Onu qətlə yetirən şəxs isə həmin bankda mühafizəçi kimi işləyir.

Qadının 1 qız övladı var. O, qızı və bacısı ilə birgə yaşayırmış.

Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*