“Flydubai” aviaşirkətinin omanlı pilotu 11 sentyabr terroru ssenarisi üzrə təyyarəni Təl-Əvivdəki məşhur “Azrieli” qüllələrinə çırpmağı planlaşdırıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşrinin ərəb məsələləri üzrə analitiki Smadar Peri Əbu-Dabidəki mənbəyə istinadən məlumat yayıb.
Məlumatlara görə, pilot planlaşdırdığı terrordan cəmi bir neçə gün əvvəl də daxil olmaqla, dəfələrlə İsraildə olub.
İddia edilir ki, o, qüllələrin yerləşməsini, marşrutu və hücum planının hər bir detallarını xırdalıqlarına qədər dəqiqliklə öyrənib.
Hazırda BƏƏ və İsrailin xüsusi xidmət orqanları ayaqdadır.
Müstəntiqlər bu şəxsin “Flydubai” kimi nəhəng şirkətə necə işə düzəldiyini, BƏƏ və ya İsrail daxilində şəbəkəsinin və şəriklərinin olub-olmadığını, eləcə də bu dəhşətli planın arxasında hansı terror təşkilatının dayandığını araşdırır.
Nəşrin vurğuladığına görə, istintaqın nəticəsindən asılı olmayaraq, xain planının üstü açılan pilotu ölüm hökmü gözləyir.

