Dünya çempionatı: Əhməd Yusifov monqolustanlı rəqibini məğlub etdi – FOTObackend

Dünya çempionatı: Əhməd Yusifov monqolustanlı rəqibini məğlub etdi - FOTO

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.

KONKRET.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Monqolustan təmsilçisi Tumenjarqal Tuvşinturu məğlub edib.

***

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

KONKRET.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 final mərhələsində Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edərək növbəti mərhələyə yüksəlib.

Balabəy Ağayev 1/8 finalda ABŞ təmsilçisi Conatan Yanqla qarşılaşacaq.

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov monqolustanlı rəqibini məğlub etdi - Foto

***

Azərbaycan cüdoçusu Şəfəq Həmidova Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

KONKRET.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakaloya məğlub olub.

***

Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

KONKRET.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk günündə qadınlar arasında 48 kq, kişilər arasında isə 60 kq çəki dərəcələrində mübarizə aparılacaq.

Azərbaycan millisinin dörd üzvü yarışın ilk günündə tatamiyə çıxacaq.

48 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onun rəqibi Çilini təmsil edən Mari Di Varqas Ley olacaq.

Kişilərin 60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda belaruslu Artsiom Kolasau ilə ukraynalı Dilşot Xalmatov arasındakı görüşün qalibi ilə qarşılaşacaq. Əhməd Yusifovun rəqibi isə özbəkistanlı Baxrom Boturovla monqolustanlı Tumenjarqal Tuvşintur arasındakı duelin qalibi olacaq.

Oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın iştirak edəcək.

Azərbaycan fərdi yarışlarda 13 çəki dərəcəsi üzrə 24 cüdoçu ilə təmsil olunacaq. Onlardan 17-si kişi, 7-si qadındır. Milli komandamız oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da mübarizə aparacaq.

Azərbaycan cüdoçusu Bakı mundialına erkən vida etdi - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*