Yəməndə müharibə yenidən kəskinləşir –Husilər parlament sədrinin evini ələ keçirdilər – VİDEObackend

Yəməndə müharibə yenidən kəskinləşir –Husilər parlament sədrinin evini ələ keçirdilər - VİDEO

Yəməndə hökumət qüvvələri ilə husilər arasında döyüşlər kəskinləşib.

KONKRET.az xəbər verir ki, Yəmənin Taiz şəhəri və onun ətrafında husi üsyançıları ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında şiddətli toqquşmalar davam edir.

Hökumət qüvvələri husilərin nəzarətində olan paytaxt Səna və digər bölgələrdəki mövqelərə zərbələr endirib.

Husilər Yəmən parlamentinin sədri Sultan əl-Barakaninin Taiz şəhərinin cənubunda yerləşən evini tam nəzarətə götürüblər.

Məlumata görə, toqquşmalar zamanı üsyançılar həmçinin strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Əl-Safiya nəqliyyat qovşağını da ələ keçiriblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bazar günü Taiz istiqamətində husilərin qüvvələrinə qarşı 97 dəqiq zərbə həyata keçirildiyini açıqlayıb. Yəmən ordusunun mətbuat katibi polkovnik Məcid ən-Nuzeyli açıqlamasında ölkənin müxtəlif cəbhələrində keçirilən 257 əməliyyat nəticəsində husilərin ən azı 700 döyüşçüsünü zərərsizləşdirildiyini, idarəetmə mərkəzlərinin və silah anbarlarınının məhv edildiyini bildirib. O, Səna, Midi, Mərib və Təizz cəbhələrində təyyarə, dron və artilleriya ilə endirilən zərbələr zamanı qruplaşmanın 170 hərbi texnikasının da sıradan çıxarıldığını qeyd edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*