Bibiheybətdə sürüşmə: bu avtobusların hərəkəti dəyişdirildibackend

Bibiheybətdə sürüşmə: bu avtobusların hərəkəti dəyişdirildi

Bakının Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə KONKRET.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti “20-ci sahə dairəsi” – Şəfəq küçəsi ilə təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*