Biləsuvarda 4 otaqlı ev yandıbackend

Biləsuvarda 4 otaqlı ev yandı

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, alov evə bitişik tikiliyə də keçib.

Ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və talvarın altına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb. Evin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*