Biləsuvarda ev yandı: Xəsarət alan varbackend

Biləsuvarda ev yandı: Xəsarət alan var

Biləsuvar rayonunun Xırmandalı kəndində yanğın olub.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*