Biləsuvarda kütləvi dava: Hamilə qadın xəsarət aldıbackend

Biləsuvarda kütləvi dava: Hamilə qadın xəsarət aldı

Biləsuvar rayonunda kütləvi dava zamanı biri hamilə qadın olmaqla dörd nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, dava zamanı rayon sakinləri 1990-cı il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*