Binəqədidə mikroavtobus piyadanı vurduqdan sonra aşdı – FOTObackend

Binəqədidə mikroavtobus piyadanı vurduqdan sonra aşdı - FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 79 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yağışlı həva şəraitində yol sürüşkən olduğundan idarəetmədən çıxıb. Nəticədə avtobus yoldan çıxaraq dərəyə aşıb.

Daha sonra istinad divarına çırpılıb.

Avtobusda olan sərnişinlər təxliyə edilib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*