Binəqədidə üçmərtəbəli yaşayış binasında yanğın oldubackend

Binəqədidə üçmərtəbəli yaşayış binasında yanğın oldu

Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

KONKRET.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*